Kontroverz metamətn
Kütləvi kommunikasiya
OBASTAN VİKİ
Sözlər
Söz — hərflərdən meydana gələn və məna kəsb edən kəlmənin sinonimidir. Daha geniş desək, söz səslərdən əmələ gələn, müəyyən məna və ya hiss-həyəcan bildirən səsbirləşməsidir. Günümüz sözlərinin də, günümüz dövlətləri və millətləri kimi mütləq köhnə bir keçmişi vardır sözlər, bir çox dövr içində şəkillənərək günümüzə qədər çatarlar. Azərbaycan dilində ən uzun söz 34 hərfli "elektrikləşdiricilərimizdənsinizmi" sözüdür. Daha bir neçə uzun söz var, məsələn "Azərbaycanlılaşdırılmamışlardansınızmı" 39 hərf var. Söz dilin sematik yarısının əsas vahidi, təfəkkürdəki anlayışların işarəsi, ifadəçisidir. Dilin əsas funksiyalarından olan nominativ funksiya məhz sözlər əsasında reallaşır. Dil nə quru qrammatik qanunlar, nə də sırf fonetik səslənmələr dilidir. Dil sözlər dilidir. Söz olmasa obyektiv gercəklikdəki əşyaları və insan şüurundakı anlayışları adlandırmaq olmaz.
Köməkçi aktyor
Köməkçi aktyor filmlərdə, seriallarda, televiziya şoularında, teatr tamaşalarında, musiqilərdə, opera və ya balet tamaşalarında görünür; heç vaxt danışmayan və az danışan bir insandır (ifa sənətində rəqs etmir və ya mahnı oxumur). Televiziya proqramlarında tamaşaçılar; Seriallarda və ya filmlərdə küçədə və ya hadisə yerində olan adi insanların rolunda olanlar məhz onlardır , yəni həvəskar aktyorlar. Müharibə filmlərində və ya oxşar qəhrəmanlıq filmlərində film heyəti çox sayda köməkçi aktyordan istifadə edir. Xüsusilə yüksək büdcə ilə istehsal edilmiş filmlərdə minlərlə köməkçi aktyor ola bilər. Əlavələrin gördüyü işlər “fiquranlıq” adlanır. Köməkçi aktyor oynadığı rola və filmin çəkiliş heyətinə görə bəzi meyarları tələb edir. Köməkçi aktyor ola bilmək üçün bəzən aktyorluq təcrübəsi tələb oluna bilər, təcrübəsiz insanlar da bəzən arxa plan aktyorları kimi çıxış edə bilərlər. Dəqiqlik, etibarlılıq, çevik iş saatları üçün uyğunluq və deyilənləri tez başa düşmək bacarığı köməkçi aktyor sənətində vacibdir. Dünyada yalnız köməkçi aktyor sahəsində xidmət göstərən təşkilatlar vardır. Televiziya serialları, film və ya proqram istehsalçıları tələb olunan səhnənin kontekstindən asılı olaraq uyğun bir görünüşlü aktyorlar tələb edirlər.
Köməkçi kompüter
Köməkçi məna
Köməkçi məna bir sözün əsas mənası ilə əlaqədar zamanla ortaya çıxan fərqli mənaların hər birisidir. Sözün əsas (birinci) mənasından başqa, ancaq əsas məna ilə çox və ya az yaxınlığı olan yeni məna köməkçi məna adlanır. Yaxınlıq və oxşarlıq ümumiyyətlə bir sözün köməkçi mənasını qazanmasında mühüm rol oynayır. Köməkçi mənalar əsas məna ilə birlikdə həqiqi mənaları təşkil edir. Məsələn, "göz" dedikdə ağla gələn ilk şey sözün əsas mənası olan orqan adıdır. Lakin "iynənin gözü", "çantanın gözü", "masanın gözü" kimi ifadələr bənzətmə ilə əldə edilən yeni mənalardır. Bunlara köməkçi mənalar deyilir.
Köməkçi materiallar
Köməkçi materiallar və ya yardımçı materiallar — istehsal prosesi üçün zəruri olan, lakin son məhsulda maddi formada olmayan materiallar. Yardımçı materiallar texnoloji prosesi təmin etmək üçün zəruridir — avadanlıqların istismarını və digər texnoloji ehtiyacları təmin etmək: sürtkü yağları, işçi mayelər, qoruyucu materiallar, katalizatorlar, qablar və s. Materiallar arasında köməkçi və əsas olanlara ciddi bölünmə yoxdur. Eyni material bir istehsalda əsas material, digərində isə köməkçi ola bilər. Məsələn, ağac mebel istehsalında əsas material, tökmə istehsalında isə tökmə qəliblərinin yaradılması üçün istifadə olunan köməkçi materialdır. Materialın köməkçi material kimi təsnif edilməsinin əsas əlaməti onun hazır məhsulda olmamasıdır. Həmçinin, köməkçi materialları tullantılarla qarışdırmaq olmaz, çünki tullantılar əsas materialların emalı (təkrar emalı) nəticəsində əmələ gəlir. == Köməkçi materialların nisbəti == Müəyyən həcmdə hazır məhsulların istehsalı üçün lazım olan köməkçi materialların miqdarı qeyri-xətti (əsas materiallardan fərqli olaraq) normallaşdırılır, çünki, məsələn, metalların mexaniki emalı üçün kəsici mayelər texnoloji avadanlıqların istismarı zamanı nəinki təbii olaraq azalır, həm də istifadə müddəti var, bundan sonra avadanlığın işləmə müddətindən asılı olmayaraq onlar tamamilə yeniləri ilə əvəz olunur.
Ara sözlər
Ara sözlər — danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlər. Məsələn: Şairdir, görünür, düz ilqarı var. (Səməd Vurğun) Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ salamat qal. (Məmməd Araz) Ara sözlər ifadə formasına görə söz, söz birləşməsi və cümlə şəklində olur. == İfadə forması == === Söz şəklində === Bəlkə, əlbəttə, doğrusu, bircə, zənnimcə, məncə, yəqin, heyif, müxtəsər, əsasən və s. Yəqin, sən də getməlisən. Elşən, əsasən, doğru məlumat verdi. Müxtəsər, bu işi qurtarmalıyıq. Vüqar, zənnimcə, daha düzələr. === Söz birləşməsi şəklində === Sözün düzü, mən bilən, sən bilən, mənim fikrimcə, bir sözlə və s.
Modal sözlər
Modal sözlər — modal sözlərin 10 məna növü var bunlar{Təsdiq,güman.şübhə,bənzətmə.müqayisə,təssüf,fikrin mənbəyini,nəticə.ümumiləşdirmə (bildirən)⁶danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsidir. Modal sözlər sintaksisdə cüzi dəyişərək ara sözlər adlanır. Əlbəttə (əlbəttə ki), əlbət, doğrudan (doğrudan da), təbii (ki), həqiqətən, sözsüz (ki), şübhəsiz, şübhəsiz ki, doğrusu, düzü, düzdür, doğrudur, bunlar istisna olaraq:hökmən, əsla, qeydsiz-şərtsiz və s. Məsələn: Əlbəttə ki, düz sözə zaval yoxdur. Doğrudan da, insan gücü tükənməzdir. Sözsüz, qələbə gec-tez bizim olacaqdır və s. Gərək ki, yəqin (yəqin ki), görünür, deyəsən, yoxsa, olmaya, ehtimal ki, bəlkə, güman ki, olsun ki, və s. Məsələn: Görünür, düşmən bizim zəif yerimizi bilir. Gərək ki, sən onu tanıyırsan. Deyəsən, yağış yağacaq.
Mürəkkəb sözlər
Mürəkkəb sözlər və mürəkkəb ifadələr iki qardaş və mürəkkəb quruluşlu və ya daha çox sözü birləşdirərək dildə yeni bir mənanı ifadə etmək üçün əmələ gətirilən sözlərə deyilir (Kontaminasiya). Bu ifadələri məsələn, qızılgül, kitabxana, quldurbaşı, novruzgülü və s. təşkil edən sözlər səs düşməsi, səs törəməsi, söz növünün dəyişməsi və ya məna dəyişikliyi baxımından aralarına şəkilçi girməyəcək qədər formalaşırlar. Qeyri-müəyyən ismi söz birləşmələrindən, sifət birləşmələrindən, mürəkkəb feillərdən, reduplikasiyalardan, stereotipli flektiv feillərdən ibarət ifadələr yeni mənalar ifadə etdiyi zaman mürəkkəb sözlərə çevrilirlər. Söz yaradıcılığının mühüm vasitələrindən biri də bir neçə sözün birləşərək yeni mənalı mürəkkəb sözlər əmələ gətirməsidir. Mürəkkəb sözlər aşağıdakı müxtəlif yollarla əmələ gəlir: 1) İki müxtəlif mənalı sözün birləşməsi ilə. Məsələn: günəbaxan, dəvəquşu, yeraltı, əmioğlu, meşəbəyi, bağayarpağı, istiot və s. İki müxtəlif mənalı sözün birləşməsindən əmələ gələn mürəkkəb sözlər bitişik yazılır, lakin mürəkkəb saylar və mürəkkəb feillər ayrı yazılır. Məsələn, on iki, yüz iyirmi dörd, kömək etmək, şad olmaq, niyyət eləmək, namaz qılmaq, dua etmək və s. -Təbii ki, ayrı yazılan mürəkkəb sözlər 2 yerə ayrılır: -1.Müstəqil olanlar Məsələn:Mən müəllim oldum -2.Müstəqil olmayanlar Məsələn:Dua etmək Burda müstəqil olanlar indiki zamanı və həmçinin mövcud olan hadisəni Müstəqil olmayanlar isə hadisə hansı zamana aid olduğu bilinmir və tək bir suala cavab verir.
Predikativ sözlər
Predikativ sözlər — söz-xəbərlər cümlədə heç bir suala cavab vermədən cümlənin müstəqil xəbəri ola bilən söz. Bu sözlərlə ismi xəbərlər ifadə olunur. Onların müstəqil xəbər olması üçün bu sözlər ya xəbərlik şəkilçisi qəbul etməli ya da idi imiş isə hissəciklərindən birini qəbul etməlidir. Bu sözlər : Var, yox, gərək, lazım, mümkün, bəs sözlərini aid etmək olar. Məsələn: Xonçada rəngbərəbg şamlar var idi. Vətəni qorumaq lazımdır. Bütün bunlar bəsdir. Qəbul olunmağınız mümkündür. Müdir içəridə yoxdur.
Sayaçı sözlər
Sayaçı sözlər — qoyunçuluqla bağlı yaranan nəğmələrdir. Bu nəğmələrdə qoyun, quzu və keçidən danışılır. Sayaçı sözlər də çox zaman çəlikcə bayatıya oxşayır.
Çoxmənalı sözlər
Çoxmənalı sözlər — Əsas məna ilə bağlı olub bir neçə əlavə,törəmə mənada işlənən sözlərə çoxmənalı sözlər deyilir. Məsələn: üz – adamın üzü, suyun üzü, yorğanın üzü; göz – adamın gözü, bulağın gözü, şkafın gözü və s. Çoxmənalılıq yaradan sözlər həmişə eyni nitq hissəsinə aid olur. Məsələn: Həqiqi məna – polad balta (isim), gözəl mənzərə (sifət). Məcazi məna – polad bilək (isim), gözəl fikir (sifət) Bu zaman həmin sözlər və birləşmələr bir-biri ilə oxşar əlamətlərə malik əşyaları ifadə edir. Beləliklə, sözlərin çoxmənalılığı yaranır. Məsələn: alovun dili, çəkmənin dili, insanın dili, heyvanın dili. Bu söz birləşmələrindən insanın dili, heyvanın dili nümunələrində leksik vahidi həqiqi mənada, alovun dili, çəkmənin dili nümunələrində isə məcazi mənada işlənmişdir. Bütün sözlər çoxmənalı ola bilməz. Çoxmənalı sözlər, əsasən, bədii üslubda işlədilir.
Sehrli sözlər
Ovsun, əfsun — müxtəlif xalqların şifahi yaradıcılığında guya insanlardan bədbəxtliyi kənar etmək, onları xəstəlikdən qorumaq, xoşbəxtliyə çatdırmaq, varlanmaq, uğurlu ov, bol məhsul götürmək və s. gücünə malik olan müəyyən sehirli qüvvənin ifadə formulu. Hələ qədimdən insanlar öz arzu və istəklərinə çatmaq üçün müxtəlif ovsunlara müraciət edirdilər. Ovsunçuluq ən qədim magik təsəvvürlərlə bağlı olmuşdur. Magik səciyyəli folklor aktı olan ovsunlar uzun bir təkmilləşmə yolu keçmiş və bu yolda özünə yaxın mərasim ünsürləri və folklor mətnləri ilə qarşılıqlı əlaqədə olmuş, bəzən onlarla çulğalaşmışdır. Buna görə də ovsunlar bəzən fal, tilsim və sehrlə eyniləşdirilir. Halbuki ovsunlar həm şəkil, həm də lüğəti məna və mahiyyətcə onlardan fərqlənir. Bəhlul Abdullanın yazdığına görə, nağıl və dastan süjetlərində sıx-sıx təsadüf edilən tilsimlər virdlə, lövhlə bağlıdır, onu bilən, icra edən də, əsasən, qara, neqativ qüvvələrin təmsilçisi olan cadügərlərdir. Ovsunlar isə bilavasitə gerçək yaşayış, xüsusən də ailə-məişət hadisələri çevrəsində təzahür edir. Ovsunlarda insanların normal yaşayışına mane olan, güzaran üçün qorxu, təhlükə törədən qüvvələrə qarşı mübarizə var və bu da əsasən ayin, mərasim, magik sözün sehrli təsir gücü ilə həyata keçirilir.
Sözlər (dəqiqləşdirmə)
Sözlər (Sartr)
Alisa (səsli köməkçi)
Alisa — Yandex tərəfindən yaradılmış virtual səsli köməkçi. Təbii nitqi tanıyır, canlı dialoqu simulyasiya edir, istifadəçi suallarına cavab verir və proqramlaşdırılmış bacarıqlar sayəsində tətbiq olunan problemləri həll edir. Alisa smartfonlar, kompüterlər və avtomobillərdə işləyir. Yandex-in məlumatına görə, Alisa səs köməkçisinin gündəlik auditoriyası 8 milyon istifadəçi, Alisanın'nin aylıq auditoriyası isə 2019-cu ilin dekabrına 45 milyon nəfərdir.
Köməkçi (personaj tipi)
Köməkçi, bəradər və ya saydkik (ing. sidekick) — qeyri-mütləq halda adətən uydurmada, birlikdə səyahət etdiyi şəxsin tabeliyində olan və ya elə qiymətləndirilən yaxın yoldaş və ya həmkar. Tanınmış bəradərlərə Don Kixotun Saço Pansası, Şerlok Holmsun Doktor Uatsonu, Harri Potterin Ron Uizlisi, Şrekin Eşşəyi, Marionun Luicisi, Sonikin Teylzi və Betmenin Robini daxildir. == Mənşə == Köməkçi sözünün kökü olan "Kömək" qədim türk dilindən törəmişdir. Əlavə olaraq, bəradər sözü isə fars dilindən törəmişdir (برادر) və "qardaş" deməkdir. "Saydkik" termini əsrin XIX əsrin axırları və XX əsrin əvvəllərində cibgirlik slenqindən törəmişdir. "Kik" şalvar cibinin ön hissəsinə deyilirdi və ən təhlükəsiz hissə hesab edilirdi. Beləliklə, analoqiyaya görə, "sayd-kik" şəxsin ən yaxın yoldaşı olmuşdu. Tarixdə qeydə alınmış ilk köməkçilərdən biri Gilqameşin müttəfiqi olan Enkidudur. Digər erkən nümunələrə İliada dastanındakı Patrokl və Əhdi-Ətiqdəki Harun daxildir.
Köməkçi enerji blokları
Köməkçi Enerji Blokları (KEB), (İngilis dilində Auxiliary Power Unit, qısacası APU), Köməkçi Enerji Birliyi, Köməkçi Enerji Qurğusu, Köməkçi Enerji Cihazı, Köməkçi Enerji Qovşağı, Köməkçi Enerji Mexanizmi, Köməkçi Enerji Aqreqatı kimi də tərcümə edilə bilər. Ümumiyyətlə təyyarələrdə mövcud olsa da, bəzi böyük quru nəqliyyat vasitələrində də mövcuddur və məqsədi avtomobilin əsas güc mənbələri sıradan çıxdıqdan sonra nəqliyyat vasitəsi üçün lazım olan enerjini təmin etməkdir. == Təyyarələrdə KEB == Bugünkü təyyarələrdə Köməkçi Enerji Blokları, bəzi təyyarələrdə fərqlənə bilsə də, ümumiyyətlə quyruq hissəsində yerləşir. Bir növ kiçik qaz turbin mühərriki olan Köməkçi Enerji Blokları, təyyarənin mühərrikinin işləməsi üçün lazım olan sıxılmış havanın təmin edilməsi üçün istifadə olunurlar. Köməkçi Enerji Bloklarının təyyarələrdə istifadə məqsədləri aşağıdakı kimi göstərilə bilər: Elektrik Təyyarənin motorunu işə salmaq üçün lazım olan ilk elektrik enerjisini təmin etmək. Uçuş zamanı təyyarəyə elektrik enerjisi verən mühərriklərə qoşulmuş elektrik generatorlarının sıradan çıxması halında təyyarə üçün tələb olunan maksimum elektrik enerjisinin verilməsi. Hava Reaktiv mühərriklərin işləməsi, daha doğrusu ilk hərəkəti əldə etməsi üçün sıxılmış hava axınına ehtiyacı vardır. Köməkçi Enerji Blokları bu sıxılmış havanı yaradır və təyyarə mühərrikinin işləməsini təmin edirlər. Köməkçi Enerji Blokları olmadığı və ya qüsurlu olduğu hallarda, reaktiv mühərriki işə salmaq üçün mütləq lazımi sıxılmış havanı təmin edəcək başqa bir vasitə əldə edilir və mühərrik bu vasitə ilə işə salınır. == Zirehli maşınlarda KEB == Bəzi inkişaf etdirilmiş və böyük model tanklarda bu növ ehtiyat enerjini təmin etmək üçün kiçik bir dizel mühərriki vardır.
Köməkçi nitq hissələri
Köməkçi nitq hissələri — ayrılıqda leksik mənaları olmur, suala cavab vermir, cümlə üzvü olmur, söz yaradıcılığında iştirak etmir, yəni onlardan yeni söz yaratmaq olmur. Azərbaycan dilində beş köməkçi nitq hissəsi var və onlar yalnız qrammatik mənaya malikdirlər. Bunlar qoşma, bağlayıcı, ədat, modal sözlər və nidadır. Köməkçi nitq hissələri əsas nitq hissəsindən fərqli olaraq leksik mənaya malik olmur,əsas nitq hissəsi kimi söz yaradıcılığında iştirak etmir , özünə məxsus sualı yoxdur, qoşulduğu sözlə cümlə üzvü olur. Həmçinin quruluşca sadə və mürəkkəb olur. == Növləri == === Köməkçi nitq hissələrini əsas nitq hissələrindən fərqləndirən cəhətlər bunlardır: === === Qoşma === İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsinə qoşma deyilir. Qoşmanın 9 məna növü var: Birgəlik, vasitə, alət : ilə, (la, lə),-ca, cə .(adlıq , yiyəlik hal ilə işlənir) Zaman : əvvəl, qabaq, sonra , bəri .(çıxışlıq hal ilə işlənir) Məsafə : kimi, qədər, dək, can, cən .(yönlük hal ilə işlənir) İstiqamət : sarı, tərəf, doğru , qarşı .(yönlük hal ilə işlənir) Bənzətmə : kimi , qədər , -tək , ca, cə , təki. (adlıq , yiyəlik hal ilə işlənir) Fərqləndirmə : başqa , savayı , özgə , qeyri , əlavə. (çıxışlıq hal ilə işlənir) İstinad : görə , əsasən , ca . (yönlük hal ilə işlənir) Səbəb, məqsəd : üçün , görə , ötrü , sarı , üstündə , uğrunda , naminə .
Köməkçi nitq hissəsi
Köməkçi nitq hissələri — ayrılıqda leksik mənaları olmur, suala cavab vermir, cümlə üzvü olmur, söz yaradıcılığında iştirak etmir, yəni onlardan yeni söz yaratmaq olmur. Azərbaycan dilində beş köməkçi nitq hissəsi var və onlar yalnız qrammatik mənaya malikdirlər. Bunlar qoşma, bağlayıcı, ədat, modal sözlər və nidadır. Köməkçi nitq hissələri əsas nitq hissəsindən fərqli olaraq leksik mənaya malik olmur,əsas nitq hissəsi kimi söz yaradıcılığında iştirak etmir , özünə məxsus sualı yoxdur, qoşulduğu sözlə cümlə üzvü olur. Həmçinin quruluşca sadə və mürəkkəb olur. == Növləri == === Köməkçi nitq hissələrini əsas nitq hissələrindən fərqləndirən cəhətlər bunlardır: === === Qoşma === İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsinə qoşma deyilir. Qoşmanın 9 məna növü var: Birgəlik, vasitə, alət : ilə, (la, lə),-ca, cə .(adlıq , yiyəlik hal ilə işlənir) Zaman : əvvəl, qabaq, sonra , bəri .(çıxışlıq hal ilə işlənir) Məsafə : kimi, qədər, dək, can, cən .(yönlük hal ilə işlənir) İstiqamət : sarı, tərəf, doğru , qarşı .(yönlük hal ilə işlənir) Bənzətmə : kimi , qədər , -tək , ca, cə , təki. (adlıq , yiyəlik hal ilə işlənir) Fərqləndirmə : başqa , savayı , özgə , qeyri , əlavə. (çıxışlıq hal ilə işlənir) İstinad : görə , əsasən , ca . (yönlük hal ilə işlənir) Səbəb, məqsəd : üçün , görə , ötrü , sarı , üstündə , uğrunda , naminə .
Video köməkçi hakim
Video köməkçi hakim (ing. Video assistant referee), qısa olaraq VAR — Futbolda texnologiyadır, əsas hakimə videoyazı ilə oyunun mübahisəli nöqtələrində qərarlar qəbul etməyə imkan verir.
Köməkçi tarix elmləri
Xüsusi tarix elmləri və ya köməkçi tarix elmləri — tarix elminin nisbi müstəqil sahələridir ki, onlar öz spesifik metodları ilə tarixi mənbələrin forma və məzmununun müəyyən növlərini, ayrı-ayrı aspektlərini öyrənirlər. Köməkçi tarixi elmlərə ənənəvi olaraq paleoqrafiya (kodikologiya daxil olmaqla), diplomatika, genealogiya, heraldika, uniformologiya, veksillologiya, sfragistika və epiqrafika, tarix metrologiyası, numizmatika və bonostika, xronologiya, tarixi coğrafiya, tarixi informatika, mənbəşünaslıq, tarixi arxivşünaslıq, tarixi onomastika, tarixi onomassiyalar tarixi antroponimiya, tarixi demoqrafiya, faleristika, arxeoqrafiya və s. daxildir. Bəzən köməkçi tarixi elmlərə tarix elminin xüsusi sahələri (tarixşünaslıq, tarix metodologiyası) və ya hətta xüsusi tarix elmləri ( arxeologiya və ya daha az rast gəlinən etnoqrafiya) daxildir. == Ədəbiyyat == . 1990. Специальные исторические дисциплины. Учеб. пособие / Сост. М. М. Кром.
Azərbaycan mənşəli sözlər
Azərbaycan mənşəli sözlər — müxtəlif dövrlərdə Azərbaycan dilindən və ya Azərbaycan dili vasitəsilə digər dillərə keçən sözlər. Azərbaycan sözləri digər dillərərə həmin dillərdə danışan xalqların Azərbaycan dilinin daşıcıları ilə sıx mədəni-tarixi, sosial-iqtisadi və ticari əlaqələrin nəticəsində keçirdilər. Azərbaycan mənşəli sözlər rus, gürcü, erməni, Nax-Dağıstan (ləzgi, avar, lak və s.) və İran (fars, tat, talış, kürd və s.) dillərində yer alıb. == Ədəbiyyat == Əsgərova Q. İ. Dünya dillərində Azərbaycan mənşəli sözlər // Filologiya məsələləri. — Bakı, 2015. — No 4. Асланов Г. Н. Функционирование азербайджанских элементов в русском языке // Научные труды Азербайджанского педагогического института русского языка и литературы. — 1979. — № 1. — С. 19–27.
Konkret mənalı sözlər
Varlığını beş duyğu orqanıyla qəbul edə bildiyimiz sözlər konkret sözlərdir. Məsələn, rəng, görünüş, səs, qoxu, dad, göl, ev, külək, işıq.
Mücərrəd mənalı sözlər
Mücərrəd mənalı sözlər — varlığını yalnız ağıl və məntiqlə dərk etdiyimiz sözlər.Yəni gözlə görə bilmədiyimiz şəklini çəkə bilmədiyimiz sözlər. Məsələn, ruh, ağıl, vicdan, ədalət, ağrı, kədər, eşq, inanc,sevgi, müəllimlik, yaxşılıq, arzu və s.
Yunanca beynəlmiləl sözlər
Yunanca beynəlmiləl sözlər — dünyanın bir çox ölkələrində yunanca və latınca olan sözlərdən istifadə edirlər. Bu sözlərdən elm sahələrində daha geniş istifadə olunur.
Qoşma (köməkçi nitq hissəsi)
Qoşma — ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsidir. Qoşmanı başqa köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhətlərdən biri onun qoşulduğu sözlə birlikdə cümlə üzvü olmasıdır və şəkilçi qəbul etməsidir. Həmçinin qoşmalar qoşulduğu sözlə cümlə üzvü olur və qoşma kimi qalır. Birgəlik, vasitə – ilə (-la -lə), -ca (-cə) Zaman – əvvəl, qabaq, sonra, bəri. Məsafə – kimi, qədər, -dək, -can² İstiqamət – sarı, tərəf, doğru, qarşı, bəri Bənzətmə – kimi, qədər, tək, təki, -can(cən). Fərqləndirmə –özgə, başqa, savayı, qeyri, əlavə. İstinad – görə, əsasən Səbəb-məqsəd – üçün, ötrü, görə, uğrunda, sarı. Aidlik – aid, dair, məxsus, xas, haqqında, haqda, barədə. kimi, qədər, -dək, -can2; məsafə qoşmaları kimi, tək; bənzətmə, oxsatma mənasında əvvəl, qabaq; zaman mənasında tərəf, doğru, sarı; istiqamət mənasında -ca, qədər, kimi, -tək; bənzətmə mənasında -ca, ilə: birgəlik, vasitə mənasında və s. kimi Qoşmalar, əsasən isimlərə qoşulur və həmin isimlərlə başqa isimlər arasında əlaqə yaradır.